Dünya

Kim Çen İn 30 məmuru GÜLLƏLƏTDİRDİ

Şimali Koreyanın lideri Kim Çen İn 30-a yaxın məmuru edam etdirib.  Bizim.MediaNew York Post”a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya mediası məlumat yayıb.  Bildirilib ki, buna səbəb məmurların Şimali Koreyada 4000-nə yaxın insanın ölümü ilə nəticələnən kütləvi daşqınların və torpaq sürüşmələrinin qarşısını ala bilməməkləri olub.  Kimin rejimi altında çalışan vəzifəli şəxslərdən biri açıqlayıb ki, Şimali Koreyada 30-a yaxın vəzifəli şəxs korrupsiya və vəzifə borcunu yerinə yetirməməkdə ittiham olunub.   “Məlum olub ki, daşqın bölgəsində keçən ayın sonunda eyni vaxtda 20-30 kadr edam edilib”, - deyə məmur bildirib.  Edam xəbərləri müstəqil nəşrlər tərəfindən təsdiqlənməyib.  Qeyd edək ki, Şimali Koreya Mərkəzi Xəbər Agentliyi daha əvvəl Kimin iyul ayında Çaqanq əyalətində 4000-ə yaxın insanın ölümünə və 15000-dən çox insanın didərgin düşməsinə səbəb olan fəlakətli daşqından sonra səlahiyyətlilərə rəsmiləri "ciddi cəzalandırmaq" əmrini verdiyini bildirmişdi.   Edam edilən məmurların kimliyi hələ açıqlanmayıb.  Bizim.Media