Siyasət

Türkiyə Ali Məhkəməsinin sədri sabah Şuşaya gedəcək

Türkiyə Ali Məhkəməsinin sədri Ömər Kərkəz sabah Şuşa şəhərinə gedəcək. Bizim.Media xəbər verir ki, bu barədə o, Bakıda jurnalistlərə müsahibəsində danışıb. “Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri İnam Kərimovun dəvəti ilə Türkiyə Ali Məhkəməsinin nümayəndələri olaraq Azərbaycana rəsmi səfərə gəldik. Məqsədimiz həm ölkəni gəzmək, həm də ikili münasibətləri daha da inkişaf etdirməkdir. Dünəndən bəri Azərbaycandayıq. Burada özümüzü öz ölkəmizdəki kimi hiss edirik. Türkiyə-Azərbaycan qardaşlığı dünyaya iki ölkə arasında örnək olacaq münasibətdir. Bu gün Ulu Öndər Heydər Əliyevin, Azərbaycan və Türkiyə şəhidlərinin abidələrini, həm də məzarlarını ziyarət etdik”, deyə o, qeyd edib. Bizim.Media