Siyasət

MSK-dan Azay Quliyevin qalib olduğu dairənin nəticəsi ilə bağlı QƏRAR

Sentyabrın 1-də keçirilən parlament seçkilərində 8 saylı Binəqədi Birinci Seçki Dairəsinin bəzi seçki məntəqələrində pozuntuların olduğu haqqında iddialar araşdırılıb. Bizim.Media xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə edilib. MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, deputatlığa namizəd Hacılı Mustafa Mustafa oğlu bununla bağlı quruma şikayət edib: "Araşdırmalar zamanı iddia edildiyi kimi pozuntular əsasını tapmadığından təmin edilməyib". Qeyd edək ki, sözü keçən dairədən Azay Quliyev deputat seçilmişdi. Bizim.Media