Dünya

ABŞ Dmitri Kiselevə qarşı sanksiya TƏTBİQ ETDİ

ABŞ Maliyyə Nazirliyi “Rossiya Seqodnya” media qrupuna və onun baş direktoru jurnalist Dmitri Kiselevə qarşı tam bloklayıcı sanksiyalar tətbiq edib.  Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi bəyanat yayıb. Sanksiyalar “Avrasiya” qeyri-kommersiya təşkilatına və onun direktoru Parutenkoya, həmçinin “TV-Novosti”yə də təsir edib. Bu təşkilatlarla maliyyə əməliyyatları noyabrın 13-dək tamamlanmalıdır. Bizim.Media