Digər

Xəstəxanalarda elektron sistem çökdü

Azərbaycanda Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrindəki İcbari Tibbi Sığortaya bağlı olan elektron sistem çöküb. Bizim.Media Unikal-a istinadən xəbər verir ki, ölkə üzrə tibb mərkəzlərinə gedən vətəndaşlar elektron sistemin işləməməsi səbəbindən xidmətlərdən yararlana bilmir. Müraciət edən vətəndaşlar geri qaytarılırlar. Bu səbəbdən xəstəxanalarda növbələr də yaranıb. Bizim.Media