ABŞ-ın İraqdakı səfirliyi səfirlik binasına hücumda İran rejiminə bağlı qrupları günahlandırıb. Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-nin İraqdakı səfirliyi bəyanat yayıb. Bəyanata əsasən bu həftə Bağdad hava limanında Amerika diplomatik kompleksinə edilən hücuma görə İran rejiminə aid qrupların məsuliyyət daşıdığı bildirilib. Səfirlik həmçinin ABŞ-ın özünü müdafiə etmək hüququnu özündə saxladığı barədə xəbərdarlıq edib. Bizim.Media