"Türkiyənin BRICS-ə qoşulmaq niyyəti onun daxili işidir". Bizim.Media "Hurriet Daily News"a istinadən xəbər verir ki, bunu ABŞ səfirliyinin rəhbərinin müavini Maykl Qoldman deyib. "Türkiyə suveren və müstəqil dövlətdir. Biz NATO-nun güclü tərəfdaşı kimi Türkiyə ilə ikitərəfli müdafiə əlaqələrimizə güvənirik", - diplomat bildirib. Xatırladaq ki, sentyabrın 2-də Türkiyə BRICS dövlətlərarası birliyə üzv olmaq üçün müraciət edib. Bizim.Media