Dünya

Livanda baş verən partlayışda İran səfiri YARALANDI

Livanın paytaxtı Beyrutun Dahiyə məhəlləsində "Hizbullah"a məxsus portativ rabitə qurğularının partladılması nəticəsində İran səfiri Müctəba Əmani də xəsarət alıb. Bizim.Media xəbər verir ki, partlayış Livanın cənubunda baş verib və 30 dəqiqə davam edib.  

Hadisədən günahkar tərəf kimi İsrail ordusu göstərilir. Livan Səhiyyə Nazirliyi bütün ölkədə baş verən partlayışlardan sonra insanları rabitə cihazlarından uzaq durmağa çağırıb. Bizim.Media