Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva baş prodüseri olduğu "Borc" filminin çəkiliş meydançasında olub. Bizim.Media xəbər verir ki, bu barədə aktyor Hikmət Rəhimov sosial şəbəkədə paylaşım edib. O, sözügedən filmin müharibə mövzusunda çəkilən ən maraqlı filmlərdən olacağını bildirib. Qeyd edək ki, Arzu Əliyeva da filmin çəkiliş meydançasından aktyorlar və rejissorla çəkdirdiyi fotoları özünün instaqram hesabında paylaşıb. Bizim.Media