Digər

Elxan Məmmədov FIFA-da yeni vəzifəyə TƏYİN OLUNDU

FIFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru Elxan Məmmədov yeni vəzifəyə təyin olunub.  Bizim.Media qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, O, FIFA-da Üzv Assosiasiyaların direktoru vəzifəsinə təyin edilib.  AFFA-nın sabiq icraçı vitse-prezidentinin müavini isə İsveçrə millisinin sabiq yarımmüdafiəçisi Jelson Fernandeş olub.  Qeyd edək ki, Elxan Məmmədov noyabrın 1-dən etibarən yeni vəzifəsinin icrasına başlayacaq.  Xatırladaq ki, Elxan Məmmədov 2007–2022-ci illərdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi vəzifəsini icra edib. O, hazırda FIFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktorudur. Bizim.Media