Salyan rayonunda 4 yaşlı uşağı əqrəb sancıb. Bizim.Media apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb. Kənd sakini, 2019-cu il təvəllüdlü Qəribli Mələk Taleh qızı əqrəb sancması ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Doğmalarının dediyinə görə, uşaq həyətdə oynayarkən əqrəb onun barmağından sancıb. Faktla bağlı araşdırma aparılır. Bizim.Media