Livanın baş naziri Nəcib Mikati BMT Baş Assambleyasına səfərini ləğv edib. Bizim.Media “The Times Of Israel”ə istinadən xəbər verir ki, Mikati bunu İsrailin Livana son hücumları ilə əlaqələndirib. Qeyd edək ki, İsrail ordusu Beyrutun cənub bölgələrinə hücum edib, Hizbullah-a məxsus peycerlər partladılıb. Nəticədə hərəkatın komandirləri öldürülüb. Bizim.Media