Cari ilin ilk 8 ayı ərzində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlar 30 layihə üzrə Sahibkarlığın İnkişafı Fondunun (SİF) güzəştli kreditlərindən yararlanıblar. SİF-dən Bizim.Media-ya bildirilib ki, sahibkarların layihələrinin maliyyələşdirilməsinə fond tərəfindən ümumilikdə 1,5 milyon manat güzəştli kredit ayrılıb.
Qeyd edək ki, 2023-cü ilin fevral ayından etibarən Sahibkarlığın İnkişafı Fondunun güzəştli kredit mexanizmi Naxçıvanda fəaliyyət göstərən sahibkarlıq subyektlərini də əhatə edir. Bizim.Media