“Hazırda məişət zorakılığı ilə mübarizə sahəsində yeni fəaliyyət planı üzərində işlənilir”. Bizim.Media xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Ailə - dəyişməyən dəyərimiz” mövzusunda keçirilən Gənc Ailə Forumunda çıxışı zamanı deyib. Sədr bildirib ki, bu prosesə dövlət komitəsi ilə yanaşı digər qurumlar da qoşulub: "Bu prosesə cəlb olunmuş dövlət qurumlarının icrasına cəlb olunduğu 30-dan çox qanunvericilik aktı icradadır”. Günay Şahmar, Bizim.Media
Mənbə: bizim.media