Digər

Məişət tullantılarının vaxtında daşınmamasına görə cəzalar TƏTBİQ OLUNACAQ

Tullantıların insan sağlamlığına və ətraf mühitə zərərli təsirinin qarşısının alınması, onların təhlükəli təsirinin azaldılması, təbiətdə ekoloji tarazlığın təmin olunması məqsədilə, tullantıların idarə olunması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyinin pozulmasına görə inzibati məsuliyyət artırılacaq. Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb. Layihədə tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsinə görə, habelə həmin məmulatların tullantılarının ətraf mühitə təkrar atılmasına görə tətbiq edilən sanksiyalarda müəyyən dəyişikliklər edilir. Sənəddə, həmçinin məişət tullantılarının idarə olunmasına dair tələblərin pozulmasına görə həm yeni sanksiyalar, eyni zamanda, əməlin təkrar törədilməsinə görə və məişət tullantılarının buna cavabdeh şəxslər tərəfindən vaxtında xüsusi ayrılmış ərazilərə daşınmamasına görə yeni inzibati tənbehlərin müəyyən edilməsi də təklif edilir.  

Həmçinin dəniz və çay nəqliyyatı gəmilərindən, dəmir yolu nəqliyyatı vasitələrindən tullantıların atılmasına görə də inzibati tənbehlər təklif edilir. Bizim.Media