Dünya
Yaxın Şərq NATO-su yaradıla bilərmi? (ŞƏRH)
"Hazırkı status-kvoda belə çağırışların mənası yoxdur".
Bunu Qaynarinfo-ya açqılamasında siyasi şərhçi Toğrul İsmayıl İsrail prezidenti İsaak Hersoqun Yaxın Şərq NATO-su yaratmaq çağırışını şərh edərkən deyib.
"İsrailin Yaxın Şərqdəki müttəfiqləri daha çox ABŞ-a yaxın qruplardır ki, ona da tam müttəfiqlik demək olmaz. Bu keçici bir əməkdaşlıqdır. Bu baxımdan, İsrail prezidentinin açıqlaması önəmsizdir. Diplomatik şəkildə özlərini radikalizmə qarşı mübarizə aparan ölkə kimi göstərmək niyyəti güdən bir addımdır. Xüsusilə də bir ölkəyə qarşı ittifaqın qurulması da doğru deyil. Yaxın Şərqin hər ölkəsinin İranla öz münasibəti, öz əlaqəsi var. Yəni hər kəsin İsrail kimi İranla qarşıdurması mümkün deyil və gərək də yoxdur. Azərbaycanın, Türkiyənin də İranla problemləri var. Amma görürük ki, adını çəkdiyim ölkələr yaşanan problemlərin həllini görüşlər, ikili münasibətlərlə həll etməyə çalışırlar. Yəni savaş yolu ilə diplomatik münasibətlər həll olunmaz", deyə şərhçi bildirib.
Həmsöhbətimiz qeyd edir ki, radikallarla, eyni tərzdə mübarizə aparmaq doğru yanaşma deyil:
"Dövlətlər terror təşkilatlarından fərqli olaraq daha düzgün, daha ədalətli, qanunların ali olduğu bir quruluşdur. Bu səbəbdən terrorizmlə əl-ələ verərək, bütün dünya mübarizə aparmalıdır".
Qeyd edək ki, İsrail prezidenti İsaak Hersoq Yaxın Şərqdəki siyasi qüvvələri İrana qarşı birgə dayanmağa və radikallara qarşı mübarizə aparmaq üçün NATO kimi ittifaq yaratmağa çağırıb. Bu barədə "Al Arabiya” məlumat yayıb.
Rüfət Sultan