Digər

Şirkət rəhbəri təbiətə yarım milyonluq ziyan vurubmuş

“İnvest.M Construction” MMC-nin direktoru Musayev Cavid İntiqam oğlunun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin ibtidai istintaqı tamamlanıb. Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, ibtidai istintaqla Cavid Musayevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Bakı şəhəri Nəsimi rayonu ərazisində rəhbərlik etdiyi müəssisənin istifadəsində olan ərazidə inşaat işlərinin aparılması zamanı meşə fonduna daxil olmayan ağac və kolların təkrarən qanunsuz olaraq kəsilməsinə nail olmaqla təbiətə ümumilikdə 413 min manatdan artıq məbləğdə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.  

İbtidai istintaq zamanı təqsirləndirilən şəxs tərəfindən təbiətə vurulmuş maddi ziyanın tam şəkildə ödənilməsi təmin edilib. Bizim.Media