Dünya
"Netanyahu unutmamalıdır ki, İsrail BMT qərarı ilə yaradılıb" - Makron
Fransa prezidenti Emmanuel Makron İsrailin baş naziri Benyamin Netanyahunu "BMT qərarlarına diqqət yetirməyə” çağırıb. O qeyd edib ki, İsrail "BMT-nin qərarı ilə yaradılıb”.
Bu barədə Qaynarinfo "Politico”ya istinadən xəbər verir.
"Cənab Netanyahu unutmamalıdır ki, ölkəsi BMT-nin qərarı ilə yaradılıb", - Makron, 1947-ci ilin noyabrında BMT Baş Assambleyasında Böyük Britaniyanın Fələstin mandatına son qoyan və torpaqları yəhudi və ərəb dövlətlərinə bölən səsverməyə toxunaraq deyib.
Qeyd edək ki, son günlər, İsrailin Livan ərazisində başlatdığı hərbi əməliyyatı fonunda Makron və Netanyahu bir-birlərinə qarşı sərt sözlərdən istifadə edirlər.
Dünən Netanyahu ABŞ prezidenti Co Baydenin administrasiyasına neft və ya nüvə obyektlərinə deyil, İran ordusuna zərbələr endirməyə hazır olduğunu bildirib.
ABŞ ordusu İsraildə THAAD hava hücumundan müdafiə batareyasını yerləşdirib. Bu addım İsrailin daxili hava hücumundan müdafiə sistemini gücləndirməlidir.
Oktyabrın 12-də İsrailin oktyabrın 1-də baş verən raket hücumuna cavab olaraq İrandakı hədəflərin dairəsini daraltdığı bildirib.
Nizami Bağırov