Dünya

Britaniya Singh liderinin qətlində təqsirləndirilən Hindistana qarşı

ABŞ, Avstraliya və Yeni Zelandiyadan sonra Kanada torpaqlarında Singh müxalifət təşkilatı liderinin öldürülməsində Hindistan agentlərinin iştirakının araşdırılması ilə bağlı tələbə Böyük Britaniyadan da dəstək gəlib.  Qaynarinfo xəbər verir ki, Britaniya Xarici İşlər Nazirliyi Kanadanın məhkəmə sisteminə tam etibar etdiyini bildirib və Hindistanı araşdırmalarda əməkdaşlığa və iki ölkə diplomatiyasını qarşıqlı hücumlara son qoymağa çağırıb.  Böyük Britaniya araşdırılmanın aparılmasında Kanada hökumətinə dəstək verməyə hazır olduğunu bildirib.  Kanadanın baş naziri Castin Trudeau bazar ertəsi Hindistanın ali komissarı və digər yüksək rütbəli diplomatların 2023-cü ildə müxalifətçi Singh lideri Hardip Singh Nijjarın öldürülməsində birbaşa iştirakda ittiham etmişdi. İddialar Hindistan və Kanada arasında diplomatik mübahisəyə səbəb olub və rəsmi Ottava altı hind diplomatı "persona non grata” elan edib, Yeni Dehlinin cavab jestinə uyğun olaraq ikitərəfli əlaqələr pozulub. Aydın