Siyasət
"Siyasi partiyalar haqqında" qanuna dəyişikliklər ediləcək? (AÇIQLAMA)
Milli Məclisin oktyabrın 22-də keçiriləcək iclasının gündəliyi məlum olub. İclasda "Siyasi partiyalar haqqında" qanuna dəyişikliklər müzakirə ediləcək.
Bəs qanunda hansı dəyişikliklər gözlənilir?
Milli Məclisin deputatı, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə Qaynarinfo-ya açıqlamasında bildirib ki, müzakirədə mühim dəyişikliklər gözlənilmir:
"Yeni qəbul olunmuş qanunla əlaqədar olaraq bir sıra tənzimləmələr edilib. Prosedur qaydasında normal haldır. Sadəcə olaraq qanunlarda və normativ hüquqi aktlatda tənzimləmələrlə əlaqədar olan dəyişikliklər müzakirə edilməlidir. Konkret olaraq ciddi yenilik yoxdur".
Deputat vurğulayıb ki, müzakirə "Siyasi partiyalar haqqında" qanunla əlaqədar olduğundan AMİP müəyyən təkliflərlə çıxış edə bilər.
Bahar Rüstəmli