Dünya
Rus deputat etiraza qalxan Gürcüstan xalqına məsləhət verdi
Gürcüstan xalqı ölkənin daxili işlərinə Qərbin müdaxiləsinə icazə verməməli və Ukraynanın "acı taleyini" təkrarlamamalıdır.
Qaynarinfo xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı Mixail Şeremet RIA Novosti-yə müsahibəsində bildirib.
"Qərb, xüsusilə ABŞ, heç bir fərq qoymadan Gürcüstanda Ukrayna senarisini həyata keçirməyə qərar verib… Mən Gürcüstan xalqını Qərbin müdaxiləsinə mane olmağa və Ukraynanın acı taleyini təkrarlamamağa çağırıram", – o vurğulayıb.
Şeremetin sözlərinə görə, Gürcüstan xalqı parlaq gələcək hüquqlarını qorumaq üçün həmrəylik nümayiş etdirməlidir.
Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. İqtidarda olan və artıq 12 ildir hakimiyyətdə qalan "Gürcü Arzusu” partiyası 54,3% səslə qalib gəlib. Bir neçə partiya parlamenti boykot etdiyini elan edib. Oktyabrın 28-də axşam saatlarında Tbilisidə parlament binası qarşısında mitinq başlayıb.
Müxalif "Vahid Milli Hərəkat" partiyasının liderlərindən biri Georgi Vaşadze Tbilisidə parlament binası qarşısında keçirilən mitinqdə Gürcüstan müxalifətinin parlament seçkilərinin nəticələrini tanımadığını və beynəlxalq seçki administrasiyasının nəzarəti altında yeni seçkilərin keçirilməsini tələb etdiyini bildirib.
Alpər