Siyasət
"Bu tədbirin Azərbaycan üçün önəmi çoxdur" - Deputat
"COP29 bir ölkənin tədbiri deyil, bütün BMT-in keçirdiyi ən böyük tədbirdir. Belə bir tədbirin Azərbaycanda keçirilməsinin həddən artıq böyük əhəmiyyəti var".
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elşad Musayev deyib.
Deputat həmçinin bu tədbirin dünya ölkələri üçün böyük əhəmiyyət daşıdığını bildirib:
"Bu tədbir öncə Azərbaycanı bir dövlət üçün dünyada tanıdır. Azərbaycanın bir dövlət kimi dünyada imicini yuxarı qaldırır. Dünyada elə ölkələr var ki, tanınmır, əksəriyyətinin adı bilinmir. Bilinmir ki, prezidenti, baş naziri kimdir, parlamenti var, ya yox bilinmir. Amma Azərbaycanda son illər bir-birinin ardınca bir neçə böyük beynəlxalq tədbirlər keçirilir. Azərbaycanın dünyada qəbul olunması baxımından bu tədbirlərin böyük əhəmiyyəti var".
Deputat Azərbaycanda belə beynəlxalq tədbirlərin keçirilməsinin davam etdirilməsinin vacibliyini vurğulayıb:
"İdman tədbirləri də böyük əhəmiyyət daşıyır. Məsələn, futbol yarışlarının Azərbaycanda keçirilməsi daha yaxşı olardı. Digər elm və mədəniyyətlə də bağlı tədbirlərin keçirilməsi ölkəmiz üçün əhəmiyyətli olardı. İlk növbədə müstəqil bir ölkəyik. Biz ölkəmizi tanıtımı ilə yanaşı həmçinin qəbul etdirməliyik".
Elşad Musayev deyir ki, bir vaxtlar Azərbayçana təzyiqlərin olduğunu da önə çəkib:
"Onu günahkar hesab edirdilər. Müəyyən dövr keçdi, onların arasından bəzi ölkələr çıxdı və Azərbaycanla əlaqələr qurdu. Onların hər biri Azərbaycanı dəstəkləməyə başladı. Bu baxımdan, Azərbaycan enerji resursları ilə tanınmamalıdır. Eləcə də dünyada beynəlxalq imici ilə tanınmalıdır. Azərbaycan xalqı yüksək intelektuallığı ilə tanınıb sevilməlidir. Ona görə də tədbirin Azərbaycan üçün böyük əhəmiyyəti var".
Bahar Rüstəmli