Digər
Azərbaycanda gündəlik nə qədər neft hasil edilir? - OPEC açıqladı
Bu ilin oktyabr ayında Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 482 min barel səviyyəsində olub, bu da sentyabr ayının göstərici ilə müqayisədə 7 min barel azdır.
Bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında bildirilib.
Hesabata əsasən, qeyd olunan göstərici cari ilin iyul ayında 487 min barel, avqust ayında – 482 min barel, sentyabr ayında isə 489 min barel təşkil edib.
Sənəddə bildirilir ki, bu ilin üçüncü rübündə Azərbaycanda ortalama gündəlik neft hasilatı 486 min barel, ikinci rübündə 475 min barel, birinci rübündə isə 477 min barel təşkil edib.
Qeyd edək ki, "OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barrel təşkil edir.
Beləliklə, Azərbaycan oktyabr ayında "OPEC+" çərçivəsində kvotasından 69 min barel geridə qalıb.
APA