Siyasət
"Belə tədbirə ev sahibliyi etmək asan deyil, amma Azərbaycan bunun öhdəsindən layiqincə gəlir"
"COP29 Birləmiş Millətlər Təşkilatının ən mühüm tədbirlərindən biridir və sevindirici haldır ki, Azərbaycan bu tədbirə ev sahibliyi edir".
Bu sözləri Qaynarinfo-ya Naftalanın keçmiş icra başçısı, sabiq deputat Musa Musayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 barədə danışarkən deyib.
Musa Musayev qeyd edib ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəmizin bütün dünyada daha yaxşı tanınması üçün əhəmiyyətlidir.
"Cənab Prezidentin təbirincə desək, bu gün dünya Azərbaycandadır. Dünya ölkələrinin liderləri, ümumilikdə 80 000 nəfər Bakıya gəlib. Onların arasında çoxsaylı media nümayəndələri də var. Onlar bu gün Azərbaycandakı inkişafı görür, ölkəmizin güclü və qüdrətli olmasına şahidlik edilər. Belə əhəmiyyətli tədbirə yüksək səviyyədə ev sahibliyi etmək o qədər də asan məsələ deyil. Lakin Azərbaycan bunun öhdəsindən layiqincə gəlir", deyə keçmiş icra başçısı bildirib.
Musa Musayevin fikrincə, beynəlxalq əhəmiyyətli tədbirdə ölkə rəhbərliyinin Azərbaycan həqiqətlərini dünyaya çatdırması da çox mühüm hadisədir.
"İstər Prezident İlham Əliyevin, istərsə də birinci vitse-prezident Mehriban Əliyevanın çıxışları Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından kifayət qədər əhatəli, dolğun, eyni zamanda təsirli idi. Dünya bir daha gördü ki, Azərbaycan sülhün, sabitliyin, təhlükəsizliyin tərəfdarıdır. Azərbaycan bunu sözdə deyil, əməldə göstərir. Digər tərəfdən, tədbirə gələn qonaqlar xalqımızın qonaqpərvərliyini görür. Azərbaycan xalqının aqressiyadan uzaq, digər xalqlarla dostluq şəraitində yaşamağa üstünlük verən bir toplum olduğuna şahidlik edir. Heç şübhəsiz onlar öz ölkələrinə qayıtdıqdan sonra bu barədə danışacaqlar, əcnəbi jurnalistlər bu həqiqətləri öz xalqlarına çatdıracaq", deyə Musa Musayev vurğulayıb.
Aydın