Lənkəran rayonunun Zövlə kəndində yas mərasimində silahlı insident baş verib. Bizim.Media xəbər verir ki, 1964-cü il təvəllüdlü Rövşən Qələmirzə oğlu Tarverdiyev odlu silahdan açılan atəş nəticəsində döş qəfəsindən güllə yarası alıb. O, dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyata alınıb. Yaxınlarının bildirdiyinə görə, Rövşən Tarverdiyev anasının il mərasiminə qatılmaq üçün Bakıdan kəndə gəlib. Hazırda hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır. Sabutay, Bizim.Media, Cənub bürosu