Buz bağlamış yolda daha bir qəza Xaçmazın Xudat şəhərində qeydə alınıb. Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Gəndab-Yalama yolunun Xudat şəhərindən keçən hissəsində avtomobil körpüdən aşıb. Hadisə zamanı 4 nəfər yaralanıb. Xəsarət alanlar Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılıb. Qəzanın səbəbləri araşdırılır. Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu