Digər

Bakı-Qazax yolunda TIR sürücüsü olan Türkiyə vətəndaşı VƏFAT ETDİ

Bakı-Qazax magisrtal yolunda xarici ölkənin vətəndaşı dünyasını dəyişib. Bizim.Media-nın yerli bürosunun məlumatına görə, magistralın Göygöl rayonu ərazisindən keçən hissəsində Türkiyə vətəndaşı, 1973-cü il təvəllüdlü TIR sürücüsü Adəm Talay dünyasını dəyişib. İlkin versiyaya görə sürücü ürəktutmasından vəfat edib. Meyit müayinə olunmaq üçün tibbi ekspertizaya aparılıb. Faktla bağlı araşdırma aparılır. Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu