Bu gün Qubada başlayan "Prezident kuboku "uğrunda tam məsafəyə marafon qaçışı başa çatıb. Bizim.Media xəbər verir ki, marafon qaçışında Azərbaycan idmançıları ilə yanaşı, Türkiyə, Rusiya, Gürcüstan, Belçika və Çin Xalq Respublikasından gəlmiş 130 idmançı iştirak edib. Quba Olimpiya İdman Kompleksinin qarşısından start götürən yarış iştirakçıları Alekseyevka kəndinə, ordan isə köhnə avtovağzal və Heydər Əliyev prospektindən keçməklə 42 km 195 metr məsafə qət ediblər. Yarışın sonunda çıxış edən Quba RİH başçısı İlqar Mahmudov, Azərbaycan Atletika Federasiyasının Prezidenti Cavid Qurbanov və digərləri ölkəmizdə idmana və idmanın inkişafına xüsusi diqqət verildiyini və bütün bu inkişafın milli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd ediblər. Sonda qaliblər mükafatlandırılıb. Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu