Dünya

Cənubi Koreyada təyyarə qəzasına görə bir həftəlik matəm elan olundu

Koreya Respublikasının prezidenti vəzifəsini icra edən baş nazirin müavini Çhve San Mok Muan şəhərinin hava limanında azı 177 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzası ilə əlaqədar ölkə ərazisində bir həftəlik matəm elan edib. Bizim.Media xəbər verir ki, bu barədə Cənubi Koreyanın İqtisadiyyat və Maliyyə Nazirliyi məlumat yayıb.  

Muan şəhərində baş verən qəza ölənlərin sayına görə ölkə tarixində ikinci ən böyük təyyarə faciəsidir. 1997-ci ildə Cənubi Koreya laynerinin ABŞ-ın Quam adasında yerə çırpılması nəticəsində 228 nəfər həyatını itirmişdi. Bizim.Media