Digər

Qaraçuxurda 46 yaşlı qadını maşın vuraraq öldürdü

Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində maşın piyadanı vuraraq öldürüb. Bizim.Media report-a istinadən xəbər verir ki, yanvarın 2-də saat 21:00 radələrində Əlizadə Tapdıq Sahib oğlu etibarnamə əsasında idarə etdiyi “Opel Vektra" markalı avtomobillə yolu keçən 1978-ci il təvəllüdlü piyada Rzayevə Elnarə Polad qızını vurub. Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb. Faktla bağlı Suraxanı RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb və istintaqı aparılır. Bizim.Media