Aparılan islahatlar çərçivəsində pensiya artımlarının davamlı xarakter alması pensiya təminatı üzrə ödənilən vəsaitlərin də mütəmadi artımı ilə nəticələnir. Növbəti sosial islahat paketi olaraq gələn ayın 1-dən minimum pensiyanın 280 manatdan 320 manata çatdırılması, həmçinin bu ilin əvvəlindən pensiyaların indeksləşdirilərək artırılması da nəzərdə tutulur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, həmin artımlarla əlaqədar olaraq 2025-ci ildə də pensiyalarının ödənilməsi xərclərində artım dinamikası davam edəcək.
Ümumilikdə isə pensiyalar üzrə ayrılan illik vəsait 2018-ci ildən ötən dövrdə 2 dəfə artıb. Bizim.Media