Dünya

Ankarada FACİƏ: Tikinti sahəsi çökdü - ÖLƏNLƏR VAR

Türkiyənin paytaxtı Ankarada tikinti sahəsinin çökməsi nəticəsində iki fəhlə ölüb. Bizim.Media xəbər verir ki, məlumatı “TRT Haber” yayıb. Bildirilib ki. yanvarın 9-da paytaxtın Polatlı rayonu Şentəpə məhəlləsində çoxmənzilli binanın kanalizasiya xəttinə qoşulma işləri aparılarkən çökmə baş verib. Məlumata görə, tikintiyə rəhbərlik edən şəxs saxlanılıb. Faktla bağlı məhkəmə və inzibati araşdırma aparılır. Bizim.Media