Suriyanın yeni hakimiyyət orqanları İsrail vətəndaşlarının ölkəyə gəlişinə qadağa qoyub. Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Türk Hava Yolları" yayıb. Mənbə qeyd edib ki, müvafiq memo avia şirkətin saytında yerləşdirilib. Bundan əvvəl İran vətəndaşlarının da Suriyaya girişinə qadağa qoyulduğu bildirilib. Xatırladaq ki, Türk Hava Yolları (THY) gələn cümə axşamı, yanvarın 23-dən etibarən Dəməşqə uçuşları bərpa edəcək. Aviareyslər həftədə üç dəfə həyata keçirəcək. Aviaşirkət Suriya hakimiyyət orqanları tərəfindən qoyulan giriş məhdudiyyətlərinin tam siyahısını dərc edib: 1. Sərnişinlər Suriya vətəndaşlığını təsdiq edən sənədləri təqdim etməlidirlər. 2. İsrail və İran vətəndaşlarının Suriyaya girişi qadağan edilib. 3. Livan vətəndaşları ölkəyə daxil ola bilərlər. 4. Jurnalistlərin Suriyaya daxil olması üçün xüsusi icazə lazımdır. Yeri gəlmişkən, Bəşər Əsədin devrilməsindən sonra Rusiya Silahlı Qüvvələrinin Suriyadan təxliyyəsi sona çatmayıb. Belə ki, bazalardan texnika və silahlarını çıxarmaq məqsədi ilə əraziyə gəlmək istəyən Rusiyanın “Sparta II” gəmisi Tartus limanına (ölkənin yeganə xarici hərbi dəniz bazası) buraxılmır. Bizim.Media