“Aktau yaxınlığında qəzaya uğrayan AZAL sərnişin təyyarəsinin “qara qutu”ları Qazaxıstana çatdırılıb”. Bu barədə Bizim.Media-ya özəl açıqlamasında Qazaxıstan Respublikasının Nəqliyyat və Rabitə Nazirliyinin mətbuat katibi Ləzzət Stamqaziyeva məlumat verib. Ləzzət Stamqaziyeva əlavə edib ki, proseslərin yekun nəticəsi təhlil edildikdən sonra ictimaiyyətə informasiya veriləcək:
Xatırladaq ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən “Embraer” tipli təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. İlkin qiymətləndirmələrə görə, təyyarə Rusiyanın hava məkanında hücuma məruz qalıb. Tehran Orucoğlu, Bizim.Media