Digər

Turist mikroavtobusu qəzaya uğradı: Ata və oğlu həyatını itirdi - VİDEO

Türkiyədə Konyanın Beyşehir rayonunda turistləri daşıyan mikroavtobusun minik avtomobili ilə toqquşması nəticəsində ata və oğlu ölüb, 6 nəfər yaralanıb. Bizim.Media "Haber Global"a istinadən xəbər verir ki, hadisə Beyşehir-Antalya magistral yolunda baş verib.  

Mikroavtobusda olan 5 turist Beyşehir Dövlət Xəstəxanasına aparılıb. Turistləri daşıyan mikroavtobusun Kapadokiyadan Antalyaya getdiyi məlum olub. Bizim.Media