Digər

Qəbiristanlıqdan oğurluq edən şəxs HƏBS EDİLDİ

Göygöl rayonunda qəbiristanlıqdan 4 ədəd mərmər gülqabı oğurlayan şəxs həbs edilib. Bizim.Media qaynarinfo.az-a istinadən xəbər verir ki, 1988-ci ildə Göygöl rayonunda anadan olmuş B.H. saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilib. Aparılan araşdırma zamanı B.H.-nın oğurluğu ötən ayın 27-də törətməsi məlum olub.  

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs bir ay müddətinə inzibati tənbeh növündə həbs olunub. Bizim.Media