Digər

Şuşada 20 Yanvar faciəsinin şəhidləri yad edildi - FOTO/VİDEO

Şuşa şəhərində 1990-cı il 20 Yanvar şəhidləri yad edilib. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən Bizim.Media-ya verilən məlumata görə, anım mərasimində Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşları, eyni zamanda, şəhərdə fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, Şuşa şəhər sakinləri qürur və ehtiramla şəhidlərin əziz xatirəsini yad ediblər. Şuşada şəhidlərin xatirəsini yad etmək üçün 1 dəqiqəlik sükut elan edilib. Bizim.Media