Krasnodar vilayət məhkəməsinin keçmiş hakimi Yelena Xaxaleva Rusiya Federasiyası Baş Prokurorluğunun tələbi ilə Bakıda saxlanılıb. Bizim.Media xəbər verir ki, o, Birləşmiş Ərəb Əmirliklərinə getmək istəyərkən tutulub. Qeyd edək ki, Y.Xaxaleva dələduzluq və saxtakarlıqda ittiham olunur. 2022-ci ilin yayında məhkəmə Xaxalevanı qiyabi həbs edib və o, beynəlxalq axtarışa verilib. Daha sonra onun Tbilisidə olduğu xəbəri yayılıb.
Xaxaleva daha sonra hakim statusundan məhrum edilib. Bizim.Media