HƏMAS-la imzalanmış atəşkəs razılaşmasına uyğun olaraq, girov mübadiləsinin dördüncü mərhələsi çərçivəsində İsrail həbsxanalarından 183 fələstinli azad edilib. Bizim.Media xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb. Məlumata görə, əvvəlcə HƏMAS üç israilli girovu azad edib. Qeyd edək ki, İsrail və HƏMAS arasında atəşkəs razılaşması yanvarın 19-da qüvvəyə minib. Bizim.Media