Azərbaycan U-21 millisinin yeni baş məşqçisi Ayxan Abbasov təyinatı ilə bağlı danışıb. Bizim.Media xəbər verir ki, o, AFFA-nın saytına açıqlamasında təəssüratlarını bölüşüb: “Belə bir məsuliyyətli işi mənə etibar etdiyi üçün AFFA rəhbərliyinə təşəkkür edirəm. Bir azərbaycanlı olaraq ölkəmin ikinci komandasında işləmək şərəfdir.
Qeyd edək ki, U-21 millimizin yeni baş məşqçisi Ayxan Abbasovla müqavilənin müddəti 2 illik nəzərdə tutulub. Bizim.Media