Hindistanın Madhya-Pradeş ştatında “Mirage 2000” qırıcı təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb, lakin pilotlar sağ qalmağı bacarıblar. Bizim.Media xəbər verir ki, bu barədə Hindistan Hərbi Hava Qüvvələri X səhifəsində yazıb. Mənbə qeyd edir ki, hadisə Şivpuri yaxınlığında baş berib. Hindistan Hərbi Hava Qüvvələrinin rəsmiləri əlavə edib ki, hadisənin səbəbini müəyyən etmək üçün araşdırma aparılacaq. Bizim.Media