Digər

Daha bir təyyarə QƏZASI: Ölənlər var – YENİLƏNİB/VİDEO

Braziliyanın San-Paulu şəhərində yüngül mühərrikli təyyarənin avtomobillərə çırpılması nəticəsində iki nəfər ölüb, iki nəfər yaralanıb.  Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” yerli yanğınsöndürmə xidmətinə istinadla məlumat yayıb.  *** 15:54 Braziliyanın San-Paulu şəhərində təyyarə yolda məcburi eniş etmək istəyərkən sərnişin avtobusunun üzərinə çırpılıb və yanğın başlayıb.  Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, ilkin məlumata görə, təyyarənin göyərtəsində 8 nəfər, avtobusda isə 20 nəfər olub.  Hadisə yerinə təcili yardım qüvvələri cəlb olunub.  Bizim.Media