Bu gün Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda hakimliyə namizədlərlə yazılı imtahan keçirilib. Bu barədə Bizim.Media-ya DİM-dən bildirilib.
Yazılı imtahanda test mərhələsindən 60 və daha artıq bal toplamış 207 namizəd iştirak edib. Namizədlər hüquqi kazusları həll etmək bacarıqlarını nümayiş etdiriblər. Nəticələr yazı işləri yoxlanıldıqdan sonra Hakimlərin Seçki Komitəsi tərəfindən elan olunacaq. Bizim.Media