Rumıniya Prezidenti Klaus İohannis fevralın 12-də istefa verəcəyini bəyan edib. Bizim.Media xəbər xarici mətbuata istinadən verir ki, K.İohannisin prezident səlahiyyətləri seçkilərin ləğvi fonunda dekabrın 21-də başa çatıb.
Ölkədə prezident seçkiləri mayın 4-nə təyin edilib. Daha əvvəl K.İohannis istefa verməyəcəyini bəyan etmişdi. Bizim.Media