Rusiya-Ukrayna müharibəsində həyatını itirən daha bir azərbaycanlının cənazəsi Azərbaycana gətirilib. Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 1999-cu il təvəllüdlü Əmənov Hicran Dərya oğlu Cəlilabad rayonunun Şatırlı kənd sakini olub.
Həlak olan hərbçinin cənazəsi doğulduğu Şatırlı kəndində dəfn olunacaq. Mərhumun ailəli olduğu və bir övladının qaldığı bildirilir. Sabutay, Bizim.Media, Cənub bürosu