Dünya

Moldovada Rusiya Mədəniyyət Mərkəzi bağlandı

Moldova Xarici İşlər Nazirliyi bir sıra dronların respublika ərazisinə düşməsi ilə bağlı məsuliyyəti Moskvanın üzərinə qoyaraq, Rusiya Federasiyası ilə mədəniyyət mərkəzlərinin fəaliyyəti haqqında sazişin ləğv edildiyini açıqlayıb. Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda deyilir. “Bu təxribatlara cavab olaraq Xarici İşlər Nazirliyi 1998-ci ildə imzalanmış mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyəti haqqında Moldova-Rusiya hökumətlərarası sazişini birtərəfli qaydada denonsasiya etmək qərarına gəlib. Müqavilənin ləğvi proseduru başa çatdıqdan sonra Rusiya Mədəniyyət Mərkəzi ölkəmizdə fəaliyyətini dayandıracaq”, - deyə məlumatda qeyd olunub. Cümə axşamı Rusiyanın Kişinyovdakı diplomatik missiyasının rəhbəri Oleq Ozerov Moldova Xarici İşlər Nazirliyinə çağırılıb və ona müvafiq nota təqdim edilib. Bizim.Media