NATO-nun baş katibi Mark Rütte avropalıları “şikayət etməyi dayandırmağa” və Ukraynada sülhün bərqərar olması üçün konkret təkliflər irəli sürməyə çağırıb. Bizim.Media xəbər verir ki, bu barədə Rütte Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib. “Avropalı dostlarıma isə deyərdim ki, müzakirələrdə iştirak edin, danışıqlar masası arxasında olub-olmayacağınızdan şikayətlənməyin, konkret ideyalar təklif edin. Xərcləri artırın, Ukraynaya hərbi təlim və silah tədarükünün davam etdirilməsini təmin edin, həm də konkret ideyalar təklif edin”, - o qeyd edib. Bizim.Media