İraqın şimalında 5 PKK terrorçusu zərərsizləşdirilib. Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin “X” hesabında paylaşım edib. "Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz İraqın şimalında terror yuvalarını məhv etməyə davam edir. İraqın şimalındakı Qara bölgəsində müəyyən edilən 5 PKK terrorçusu hava əməliyyatı nəticəsində zərərsizləşdirilib. Terror hədəflərini effektiv şəkildə vurmağa davam edəcəyik", - məlumatda deyilir. Bizim.Media