Digər

Bakıda yeni park keçmiş “Şuşa” restoranının yerində SALINIR - İyulun sonlarında...

Xəbər verdiyimiz kimi, Bakı şəhərində yeni park salınır. Bizim.Media “report.az”a istinadən xəbər verir ki, park Nərimanov rayonu, Əhməd Bəy Ağaoğlu, Təbriz və Tələt Şıxəliyev küçələrinin əhatəsində keçmiş “Şuşa” restoranı və keçmiş “Şəhriyar” parkının olduğu ərazidə salınır.  

Belə ki, hazırda yeni parkın layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı işlər start götürüb. Qeyd edək ki, ümumilikdə yeni parkın salınmasının iyul ayının sonlarında başa çatacağı nəzərdə tutulur. Bizim.Media