Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının İstanbulda keçirilən 51-ci sessiyası çərçivəsində özbəkistanlı həmkarı Baxtiyor Saidov ilə görüşüb. Bizim.Media xəbər verir ki, görüşdə Azərbaycan və Özbəkistan müttəfiqliyinin siyasi, iqtisadi, nəqliyyat-kommunikasiyalar, humanitar və sair aspektləri, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Regionda baş verən son hadisələrə toxunan nazirlər, Yaxın Şərqdə artan gərginlik, xüsusilə İsrail-İran qarşıdurmasının narahatlıq doğurduğunu diqqətə çatdırıblar. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Bizim.Media